Şəhriyar Məmmədyarov Rumıniyada çempion oldu

14 İyun 2021 17:26 (UTC+04:00)

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

AzNews.az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.

Xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.