Ərdoğanla Bayden arasında görüş BAŞLADI

14 İyun 2021 20:30 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

Aznews.az xəbər verir ki, Türkiyə və ABŞ liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.

Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.