"Üçüncü şəxsləri işə qarışdırmayaq" - Ərdoğandan Yunanıstana çağırış

15 İyun 2021 10:19 (UTC+04:00)

“Bundan sonra siz mənə şəxsi nömrədən rahatlıqla zəng edin, mən də sizə”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Liderlər Zirvəsində Co Bayden ilə görüşdən sonra baş tutan mətbuat konfransında deyib.

O Yunanıstanla münasibətlərdə atılacaq yeni addımlarla bağlı danışıb:

"İstər Egey, istərsə də digər bölgələrdə üçüncü ölkə və şəxsləri işə qarışdırmayaq. Problemli məsələlər hansılardırsa, onları müzakirə edək. Tapşırıq verdiyimiz insanlar bunların üzərində işləsinlər. Son qərarı verək, addımlarımızı ataq”, - deyə Türkiyə prezidenti bildirib.