Bolqarıstan da ayağa qalxdı - Foto
19 İyun 2013 12:00 (UTC+04:00)
Dünyada yayılmış yeni etiraz dalğası Bolqarıstana da keçib.
Minlərlə etirazçı hökumətə istefa tələbləriylə küçələrə axışıb.
Paytaxt Sofiya və digər şəhərlərdə keçirilən aksiyalara qoşulanların sayı da hər gün artır. Dünən 9 aksiyaçı göz altına alınıb.
Aksiya iştirakçıları bildirirlər ki, onlar koalisiyalı hökumətin istefasını istəyirlər.
Xatırladaq ki, Bolqarıstan Sosialist Partiyası indiki hökumətdə say çoxluğuna malikdir.
Elvin
AzNews.az