Prezidentin köməkçisi: “Quru sərhədlərin açılması müzakirə olunmur”

15 İyun 2021 13:28 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

AzNews.az-ın məlumatına görə, Prezidentin köməkçisi APA-ya açıqlamasında bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərin açılması ilə bağlı məsələ müzakirə olunmur.