“Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan”

15 İyun 2021 14:36 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Qurtuluş Günü münasibətilə “Twitter” hesabında paylaşım edib.

AzNews.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Dost və qardaş ölkənin əziz Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edirəm. Uğurlarınız parlaq, xalqınız sağ olsun və bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan”.