Bu günün yoluxma sayı açıqlandı

15 İyun 2021 16:48 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328876 nəfər müalicə olunaraq sağalıb, 4958 nəfər vəfat edib, aktiv xəstə sayı 1430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3637889 test aparılıb.