Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı

15 İyun 2021 17:07 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.

AzNews.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.