İlham Əliyev Ərdoğanla Füzulini gəziblər - Video

15 İyun 2021 17:11 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Şuşadadır.

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Onlar eyni avtobusda hərəkət ediblər. Bu zaman Azərbaycanın dövlət başçısı Türkiyə prezidenti və xanımında işğaldan azad olunmuş ərazilərlə bağlı məlumatlar verib.

Həmin anın videosunu təqdim edirik: