İlham Əliyev: "Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır"

15 İyun 2021 17:35 (UTC+04:00)

“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

AzNews.az-ın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, - Prezident vurğulayıb.