“Türkiyədə fövqəladə vəziyyət elan edilməyəcək“

19 İyun 2013 12:32 (UTC+04:00)
"Türkiyədə fövqəladə vəziyyət elan edilməyəcək, çünki buna zərurət yoxdur"

Bunu jurnalistlərə Türkiyə Baş nazirinin müavini Bülent Arınç bildirib:

"Müxalifət hökumətə ölkədə fövqəladə vəziyyət elan etməyi bir neçə təklif edib. Lakin biz bunun əleyhinəyik, çünki güclü hökumətin fövqəladə vəziyyət elan etməyə ehtiyacı yoxdur".

Taksim meydanında nümayişçilərin keçirdikləri "səssiz etiraz" aksiyasına toxunan Arınç deyib ki, bu etiraz tam məqbuldur və qanunsuz deyil.

AzNews.az