Şuşada Türkiyənin Baş konsulluğu açılacaq

15 İyun 2021 17:44 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün birgə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş konsulluğu açılacaq: “Beləcə bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”.