“Azadlığına qovuşan Qarabağ..." - Ərdoğan YAZDI

15 İyun 2021 20:12 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və birinci xanım Əminə Ərdoğanla birgə Şuşada Cıdır düzündə olublar.

Aznews.az xəbər verir ki, bununla bağlı fotonu Türkiyə Prezidenti Ərdoğan “Twitter” hesabında paylaşıb.

“Azadlığına qovuşan Qarabağ, azadlığına qovuşan qədim şəhər Şuşa”, - deyə Ərdoğan paylaşımında yazıb.