Türkiyə hərbçiləri 5 terrorçunu məhv edib

16 İyun 2021 14:14 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdikləri “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatı nəticəsində iyunun 15-da terrorçu PKK qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib.

AzNews.az xəbər verir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yayılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb.