Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi

16 İyun 2021 16:56 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Fəxri Xiyabanda məzarlarını ziyarət edib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyası tvitter səhifəsində məlumat yayıb.