Putin və Bayden daha bir razılığa GƏLDİ

16 İyun 2021 21:26 (UTC+04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

Aznews.az xəbər verir ki, bunu Vladimr Putin Baydenlə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə müvafiq olaraq Rusiya səfirinin ABŞ-a, ABŞ səfirinin Rusiyaya qayıtması ilə bağlı razılığa gəldiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Baydenin müsahibəsində Vladimir Putini “qatil” hesab etdiyini bildirməsindən sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu geri çağırmışdı. Bunun ardınca isə ABŞ səfiri Con Sallevan da Vaşinqtona geri qayıtmışdı.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Vladimri Putin Baydenlə danışıqlaırnın yekunlarına dair mətbuat konfransında bildirib