Gürcüstanda daha 18 nəfər koronavirusdan öldü

17 İyun 2021 11:06 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 741 nəfərə koronavirus diaqnozu qoyulub, 945 nəfər sağalaraq evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 356 920 nəfər təşkil edir, onların 342 720-si sağalıb.

Ötən 24 saat ərzində xəstəlikdən daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 5114-ə yüksəlib.