Ərdoğandan Azərbaycana səfəri ilə bağlı paylaşım - Video

17 İyun 2021 11:48 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, Ərdoğan paylaşımında bildirib ki, Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı başa düşüləcək.

“Çünki bu, dağıntının yox quruculuğun, zülmün yox ədalətin, kobudluğun yox zərifliyin, müharibənin yox sülhün, qanın yox qəlbin zəfəridir”, - deyə Türkiyə lideri qeyd edib.