Fermadan 120 baş qoyun oğurlayan çoban tutuldu

17 İyun 2021 13:09 (UTC+04:00)

Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb.

Onun əvvəllər məhkum olunduğu bildirilir.