Azərbaycan ordusunun kapitanı Kəlbəcərdə göldə boğulub

17 İyun 2021 18:30 (UTC+04:00)

Azərbaycan Ordusunun zabiti göldə boğulub.

Aznews.az xəbər verir ki, kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.