May ayında 20 cütlük nikahın pozulmasından imtina EDİB

17 İyun 2021 21:29 (UTC+04:00)

Aprel ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi may ayı ərzində 40 nəfər (20 cütlük) nikahın pozulmasından imtina edib.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.