Konfederasiyalar Kuboku: Bu gün üçün proqnozlar

19 İyun 2013 14:24 (UTC+04:00)
Braziliyada Konfederasiyalar Kuboku davam edir.

Bu gün meydan sahibi Braziliya Meksika ilə, İtaliya isə Yaponiya ilə qarşılaşacaq. Matçlar üçün proqnozları diqqətinizə çatdırırıq.

Braziliya - Meksika

Tanış rəqiblərin mübarizəsində meydan sahibləri favorit kimi görünsə də, meksikalıları da zəif sanmaq olmaz. Bu baxımdan ən yaxşı ehtimal Qarşılıqlı Qol variantıdır. Tərəflərin hər ikisinin fərqlənəcəyi qənaətindəyəm.

İtaliya - Yaponiya

Avropa nəhənginin yaponlarla oyunda favorit kimi önə çəkilməsi əbəs deyil. Avro-2012 zamanı göstərdikləri möhtəşəm performansla diqqət çəkib finalda arzuedilməz məğlubiyyətlə barışmalı olan italyanlar qisas hissi ilə alışıb yanırlar. Bunun üçün İtaliya seçməsi ilk öncə qrup mərhələsini adlamalıdır. Oyunda italyanların qələbə qazanacaqıarını və 3 və daha artıq qolun vurulacağını düşünürəm.

Elvin CanTuran
AzNews.az