Nazir həbs olundu - Yaponiyada

18 İyun 2021 11:55 (UTC+04:00)

Tokio məhkəməsi Yaponiyanın keçmiş ədliyyə naziri Katsuyuki Kavayini üç il müddətinə həbs cəzasına məhkum edib.

AzNews.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Sabiq nazir ötən il seçicilərə rüşvət vermək şübhəsiylə həbs olunduğu bildirilir.