Əhməd Əhmədova 11 illik həbs verildi, Məmməd Qəribov isə azadlığa buraxıldı

18 İyun 2021 12:46 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının həbs edilən sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub.

AzNews.az-ın Unikal.org-a istinadən məlumatına görə, sabiq nazirə mənimsəmədə ittiham olunan Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

***

APA-nın məlumatına görə Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.