Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşınıgüllələyib.
Ağdaş rayon prokurorluğundan AzNews.az-a verilən məlumata görə, iyunun 17-i saat 23 radələrində 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.