Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev AzNews.az-a bildirib.
“Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək”, - deyə o qeyd edib.