AzNews.az xəbər verir ki, müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş imtahan yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə barədə daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/3gMs4EF) daxil olaraq tanış ola bilərsiniz.