Kamran Əliyev özünə yeni köməkçi təyin etdi

18 İyun 2021 15:51 (UTC+04:00)

Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib.

AzNews.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev Baş prokurorun köməkçisi təyin edilib.