“Facebook“ fəalına 11 il həbs

19 İyun 2013 15:02 (UTC+04:00)
İranda "Facebook" fəalı həbs edilib. O, 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzNews.az GünazTV-yə istinadla xəbər verir ki, Məhəmməd Nəsiri sosial şəbəkədə "İmam Nağını şiələrə xatırlatma kampaniyası" adlı səhifə yaratdığına görə müqəddəsləri təhqir etmək və milli təhlükəsizliyə xələl vuran qruplar açmaqda günahlandırılıb.

Hazırda Tehranın "Evin" həbsxanasında saxlanılan "facebook" fəalı həbs cəzasını liman şəhəri olan Qonave zindanında çəkəcək.

Qeyd edək ki, İranda "facebook"a giriş qadağan edilib. Buna baxmayaraq, əhali müxtəlif yollarla sosial şəbəkədən istifadə edir. Eyni zamanda İranda internet və sosial şəbəkələrə nəzarət etmək üçün xüsusi polis dəstəsi yaradılıb.

Elvin
AzNews.az