Türkiyədə son gündə koronavirusdan 59 nəfər həyatını itirib

18 İyun 2021 23:33 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.

Aznews.az bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 128 nəfər test edilib, onların 5575-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 856 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 359 728 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 224 224 nəfəri müalicə olunaraq evə buraxılıb.