“Toyunuzu qatarda edin“

19 İyun 2013 18:09 (UTC+04:00)
Yaponiyada gənc oğlan və qız toylarını qatarda etmək niyyətindədirlər



Yaponiyanın "JR East" dəmiryol şirkəti Tokiodakı Yamanota dairəvi yolundakı qatarlardan birini toy üçün hazırlayıb.

Toy üçün 11 vaqon nəzərdə tutulub.

"Toyunuzu qatarda edin. Biz buna razıyıq və bütün gərəkli hazırlıqlar görüləcək", - "JR East"ın açıqlamasında deyilir.

35 kilometrlik dairəvi yolda hərəkət edəcək qatardakı toy 1 saat davam edəcək. Qatar hər stansiyada dayanacaq, amma vaqonların qapıları açılmayacaq.

Toy oktyabrın 14-də, Tokio-Yokohama səmtində ilk dəmiryol marşrutunun istifadəyə verilməsinin 141-ci ildönümündə təşkil ediləcək.
Məlumat üçün deyək ki, Tokiodakı Yamanota dairəvi yolu 29 stansiyadan ibarətdir.

AzNews.az