BŞTİ-də yeni təyinatlar olub

19 İyun 2021 10:39 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub.

AzNews.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Təhsil nazirinin digər əmri ilə Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.