Ramos Ronaldinyonu cavabı ilə belə pərt etdi

19 İyun 2021 11:00 (UTC+04:00)

41 yaşlı sabiq futbolçu keçmiş "El Klasiko" matçlarından birini xatırladıb və "Real"ın sabiq kapitanına müraciət edib: "Ey Serxio, həmin gecəni xatırlayırsan?

Hey @SergioRamos – remember this night?! pic.twitter.com/yZmnwGM56z

— Ronaldinho Gaúcho (@10Ronaldinho) June 18, 2021

AzNews.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ronaldinyo 2005-06 mövsümü üzrə "Barselona"nın "Santiyaqo Bernabeu"da "Real" üzərindəki 3:0 hesablı qələbəsinə göndərmə etmək istəsə də, braziliyalı 2006-07 sezonunda "Kral klubu"nun 2:0 qalib gəldiyi "El Klasiko"dan şəkil paylaşıb.

Ramosun bu paylaşıma cavabı isə 2005-ci il "Qızıl Top" qalibini pərt edib. "Real"ın 30-cu La Liqa titulunu qeyd etdiyi fotonu paylaşan 35 yaşlı müdafiəçi bu sözləri yazıb: "Xatırlayıram, amma bir neçə ay sonrakı bu şəkil daha yaxşıdır".

I do… but this one a few months later was way better @10Ronaldinho pic.twitter.com/RQ8ft4Kn4X

— Sergio Ramos (@SergioRamos) June 18, 2021