Xalq artistinin oğlu imtahana buraxılmayıb

19 İyun 2021 12:18 (UTC+04:00)

Xalq artisti Firuz Əliyevin oğlu Əli Əliyev Üzeyir Hacıbəyov adına Milli Konservatoriyada imtahana buraxılmayıb.

Tarzən bu işdə Əməkdar artist Lalə Məmmədovanı günahlandırıb. L. Məmmədova "Ay Zaur" proqramında illər əvvəl baş verən hadisədən danışıb:

"Onu imtahandan mən kəsməmişəm. Amma elə anlamışdı ki, mən etmişəm. Bakalavr sistemində bir neçə qaib olanda imtahana buraxılmır. Bir neçə tələbəbə var idi, onlar arasında Firuz müəllimin də oğlu yer alırdı. Kafedrada cavabları yoxlayandan sonra pis vəziyyətdə gəlib dedi ki, uşağımı niyə kəsmisən? Elə bildi ki, hörmətsizlik etmişəm. Ağzımı açmağa imkan vermədi. Rektor Siyavuş Kəriminin yanına getdi, ona vəziyyəti başa saldılar. Ondan sonra özü anladı". (Axşam.az)