Samuxda gənc müəllimə intihar edib

19 İyun 2021 23:59 (UTC+04:00)

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Nazim qızı Məmmədova yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Əslən Kəlbəcər rayonundan olan A.Məmmədovanın Kəlbəcər rayon 47 nömrəli tam orta məktəbin müəlliməsi olduğu bildirilir. A.Məmmədova bir neçə il öncə də intihara cəhd edib. Lakin, yaxınları tərəfindən xilas edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.