Ermənistanda parlament seçkiləri keçirilir

20 İyun 2021 09:01 (UTC+04:00)

Ermənistanda parlament seçkiləri başlayıb.

AzNews.az xəbər verir ki, səsvermə prosesi yerli vaxtla saat 8:00-da start götürüb.

Bu proses saat 20:00-da başa çatacaq.

Seçkilərdə rekord həcmdə, yəni 4 blok və 21 partiyadan ibarət 25 siyasi qüvvə iştirak edir. 2008 seçki məntəqəsindən 479-u paytaxt İrəvanda, 1529-u isə rayonlarda yerləşir.

2 milyon 583 min erməni seçki hüququna malikdir. Bu şəxslərin 855 mindən çoxu paytaxtın payına düşür. 363 şəxs elektron qaydada səsvermə hüququna malikdir ki, bunlar da diplomatik nümayəndələr və onların ailə üzvləridir.

Seçki qanunvericiliyinə əsasən, partiyalar üçün keçid baryeri 5% faiz, alyanslar üçün isə 7 faizdir.

Qeyd edək ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryandır.