Dağıstandan Bakıya aviareyslər açılır

20 İyun 2021 10:07 (UTC+04:00)

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakıya reyslər həyata keçirəcək.

AzNews.az-ın xəbərinə görə, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.

Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.