Bayden İsrail prezidenti ilə görüşəcək

20 İyun 2021 12:05 (UTC+04:00)

İsrail Prezidenti Reuven Rivlin iyunun 28-də ABŞ-a gedəcək.

AzNews.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki açıqlama yayıb.

O, Prezident Co Baydenin Rivlini Ağ Evdə qonaq edəcəyini qeyd edib:

“Rivlinin səfəri ABŞ-la İsrail arasındakı əməkdaşlığa və hökumətlərlə xalqlar arasındakı dərin bağları möhkəmləndirəcək, bölgənin qarşı-qarşıya olduğu bir çox çətinliyi ələ almaq üçün də bir fürsət olacaq”.