Çavuşoğlu Şuşa Bəyannaməsindən danışdı

20 İyun 2021 14:11 (UTC+04:00)

“Biz hər şərtdə əlaqələrimizi inkişaf etdirmək üçün çalışırıq. Şuşa Bəyannaməsi də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin ittifaqlıq səviyyəsinə çıxdığı bir sənəddir”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda deyib.

O qeyd edib ki, iki lider tərəfindən imzalanan bu sənəd bir çox şeyi ehtiva edir:

“Xüsusən Şuşada imzalanması ayrı bir məna kəsb edir. Şuşada Baş konsulluq açma məsələsində liderlərimiz qərar aldı. Xarici İşlər Nazirliyi olaraq bizə düşən vəzifə ən qısa zamanda rəsmi prosedurlar tamamlandıqdan sonra konsulluğu açmaq və iş yoldaşlarımızı oraya göndərməkdir. Bununla orada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanacaq”.