Odessada Azərbaycan Evi açıldı

20 İyun 2021 14:25 (UTC+04:00)

Diasporla İş üzrə dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi təmsil olunub.

“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.

Odessada bu günə qədər mövcud olan üç Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.