17 yaşlı oğlan babasının evində intihar etdi

20 İyun 2021 14:43 (UTC+04:00)

Ağcəbədidə 17 yaşlı oğlan intihar edib.

AzNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Abbas Tağızadə Ağcəbədi rayonunda yaşayan babası evinə qonaq gələrək, orada həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.