Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

20 İyun 2021 15:18 (UTC+04:00)

Polşa xarici işlər naziri Zbigniev Rau, Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarəsinin Polşa ordusunun potensialını artıracağını və NATO-nun şərq sərhədlərini gücləndirəcəyini söyləyib.

AzNews.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, nazir bunu Antalya Diplomatiya Forumunda bildirib.

Xatırladaq ki, may ayında Polşanın müdafiə naziri Mariusz Blaszczak, ölkəsinin Türkiyədən 24 pilotsuz təyyarə aldığını açıqlayıb.

Rau eyni zamanda bildirib ki, həm Türkiyə, həm də Polşa sərhədlərində təhlükəsizlik təhdidləri ilə qarşılaşırlar.