İranda təyyarə qəzası: ölənlər var

20 İyun 2021 19:47 (UTC+04:00)

İranda təlim təyyarəsi qəzaya uğrayıb.

AzNews.az-ın məlumatına görə, qəza İranın Bucnurd hava limanının yaxınlığında yerli vaxtla saat 13:44-də baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb.

Təyyarənin Kəlalə şəhərindən Bucnurd şəhərinə uçduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.