İsrail peyvənd olunmuş turistlər üçün sərhədlərini açır

21 İyun 2021 09:57 (UTC+04:00)

İyulun 1-dən etibarən vaksinasiyadan keçmiş əcnəbi turistlər fərdi qaydada İsrailə səfər edə bilər.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sakinlərinin İsrailə səfər etmələrinə icazə verilən ölkələrin siyahısı, eləcə də təsdiq olunmuş vaksinlərin adları yaxın zamanda açıqlanacaq.

Qeyd edək ki, İsrail hələ 2020-ci ilin mart ayından etibarən əcnəbi turistlər üçün ölkə sərhədlərini bağlayıb.