“Real Madrid" əfsanəvi kapitanına əvəz tapdı

21 İyun 2021 13:06 (UTC+04:00)

İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Jül Kunde Madridin “Real” klubuna transfer olmağa yaxındır.

AzNews.az bildirir ki, bu barədə “Marca” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı fransalı “Real”dan ayrılan Serxio Ramosu əvəz edəcək əsas namizəddir.

Xatırladaq ki, S.Ramos da məhz 2005-ci ildə 19 yaşı olarkən “Sevilya”dan Madrid klubuna keçmişdi.