“Qarabağ” qapıçısı ilə müqaviləni yenilədi

21 İyun 2021 16:54 (UTC+04:00)

“Qarabağ” klubu qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqavilənin müddətini uzadıb.

AzNews.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir.