Xaçmazda ev yanıb

19 İyun 2013 18:36 (UTC+04:00)
Oğuz rayonu, Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az