Azərbaycanın İrandakı səfirinin səlahiyyət müddəti başa çatıb

21 İyun 2021 18:21 (UTC+04:00)

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun səlahiyyət müddəti başa çatıb.

Aznews.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu münasibətlə Azərbaycan səfirini qəbul edib.

İran XİN başçısı B. Hüseynova qarşıdakı fəaliyyətində uğurlar diləyib.