Baş nazir Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

21 İyun 2021 19:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Aznews.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.