Avstraliyada erməni təxribatının qarşısı alınıb

21 İyun 2021 20:41 (UTC+04:00)

Avstraliyada yaşayan azərbaycanlıların uğurlu müdaxiləsi nəticəsində bu ölkədəki erməni icmasının növbəti təxribatının qarşısı alınıb.

Aznews.az AZƏRTAC-a istinadla xəbər verir ki, erməni icması ölkə parlamentinin rəsmi səhifəsində “Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmək hüququnun tanınması” adlı petisiya yerləşdirib. Bu təxribata soydaşlarımız parlamentin rəsmi səhifəsində “Milli, etnik, dini qruplar öz münaqişələrini Avstraliyanın daxilinə gətirməməlidir” adlı petisiya yerləşdirməklə cavab veriblər.

Eyni zamanda, Avstraliya İttifaqının xarici işlər naziri xanım Meris Peyn petisiya ilə əlaqədar ermənilərin gözləntilərini doğrultmayıb. Nazirin erməni milli komitəsinə ünvanladığı məktubda bildirilib ki, ölkəsi münaqişənin daimi sülhlə həllinə dair danışıqlar aparan ATƏT-in Minsk Qrupunun səylərini və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişi dəstəkləyir. Məktubda deyilir: “Biz hesab edirik ki, 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəsə haqqında üçtərəfli razılaşma bu nəticənin əldə olunmasına imkan yaradır”.